Mobil versiya
Bakıda məşhur şadlıq sarayları cərimələndi
Tarix: 08-05-2025 | Saat: 12:53
Bölmə:Ölkə | çapa göndər

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Havaya normadan artıq tullantı atan ictimai-iaşə obyektləri cərimələnib.

Bu barədə aia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Ağ Saray”, “Baku Palace”, “Verona”, “Sevgi Hall”, “Lüks Plaza” şadlıq sarayları və “Əlincə”, “Mor-Mor”, “Qaymaq”, “Ocaq” restoranlarının havaya normadan artıq tullantı atdığı müəyyən edilib.

İ.İbrahimova qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2025