Azərbaycan–Vyetnam münasibətlərində strateji tərəfdaşlıq mərhələsi
Tarix: 08-05-2025 | Saat: 11:55
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnamın rəsmi informasiya agentliyi olan “Vietnam News Agency”-ə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin bugünkü səviyyəsini və gələcək inkişaf xəttini müəyyən edən siyasi çərçivə kimi qiymətləndirilə bilər. Bu müsahibə nəinki konkret bir diplomatik hadisənin – Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana səfərinin öncəsi olaraq verilmiş rəsmi açıqlamadır, həm də geosiyasi baxımdan Cənub-Şərqi Asiyada və Xəzər regionunda yeni regional əməkdaşlıq imkanlarının təməlidir. Azərbaycan–Vyetnam münasibətləri XX əsrin ortalarından etibarən qurulmağa başlamış və bu münasibətlərin əsasını qarşılıqlı hörmət, dəstək və dostluq təşkil etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə arasında “yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri” mövcuddur. Bu tarixi münasibətlərin əsas rəmzlərindən biri 1959-cu ildə Prezident Ho Şi Minin Azərbaycana səfəri, digəri isə 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfəridir. Bu qarşılıqlı səfərlər iki ölkə arasında diplomatik əlaqələrin ilk səmimi kontaktları kimi qiymətləndirilə bilər. Sovet dövründə minlərlə vyetnamlının Azərbaycanda təhsil alması, müxtəlif sahələrdə ixtisaslaşması və Azərbaycan mütəxəssislərinin Vyetnamın sənaye və neft sektorunun formalaşmasında iştirakı da bu tarixi əlaqələrin dərinliyindən xəbər verir. Bu xüsusda cənab Prezidentin qeyd etdiyi “Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb” fikri ikitərəfli elmi-intellektual mübadilənin müsbət təsirini vurğulayır. Davamlı siyasi dialoq və iqtisadi dinamizm, ikitərəfli münasibətlərin intensiv fazaya keçməsi 2014-cü ildə Prezident İlham Əliyevin Hanoya dövlət səfəri ilə başlamışdır. Bu səfər zamanı imzalanmış sənədlər, keçmiş iqtisadi forumlar və dövlətlərarası anlaşmalar, xüsusən enerji, informasiya texnologiyaları, əczaçılıq və kənd təsərrüfatı sahələrini əhatə edən sənədlər mühüm baza formalaşdırmışdır. Ticarət dövriyyəsinin 2024-cü ildə 223,93 milyon ABŞ dollarına çatması isə münasibətlərin real iqtisadi mahiyyətini əks etdirir.
Cənab Prezident İlham Əliyev qeyd edir: “Bu göstərici hələ son hədd deyil, biz bu səviyyəni gələcəkdə daha da artıra bilərik.” Bu isə onu göstərir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq potensialı nəinki tükənməyib, əksinə, genişlənməkdədir. Enerji sahəsində strateji təmas nöqtələri də diqətçəkəndir. Azərbaycanın neft sənayesi ilə Vyetnam arasında əlaqələrin dərin kökləri vardır. 1980-ci illərdən etibarən Azərbaycan neftçiləri Vyetnamda fəaliyyət göstərmiş, “Petrovietnam” şirkətinin əsasının qoyulmasında iştirak etmişlər. Cənab Prezidentin vurğuladığı kimi, “Petrovietnam”ın törəmə şirkəti olan “Vietsovpetro”nun ilk baş direktoru azərbaycanlı mühəndis olmuşdur. Bu faktlar təkcə peşəkar əməkdaşlıq nümunəsi deyil, həm də enerji sahəsində strateji sinergiyanın göstəricisidir. Hazırda isə bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Dövlət Neft Şirkəti SOCAR ilə Vyetnamın “Binh Son Refining and Petrochemical JSC” şirkəti arasında bağlanmış müqavilə iki ölkənin enerji bazarlarında birgə fəaliyyət niyyətlərini təsdiqləyir. Bu, Azərbaycan üçün enerji məhsullarının ixrac coğrafiyasının genişlənməsi, Vyetnam üçün isə texnologiya transferi baxımından əhəmiyyətlidir. Humanitar körpülər də dayaıqlı sütunlar üzərində qurulub. Yumşaq güc siyasətinin nəticələri sevindiricidir. Cənab Prezident İlham Əliyev müsahibəsində xüsusi vurğu ilə qeyd edir ki, Azərbaycan–Vyetnam münasibətlərinin təkcə iqtisadi-ticarət yox, eyni zamanda mədəni və humanitar əsaslı inkişafı vacibdir. Cənab Prezident Qara Qarayevin “Vyetnam süitası”nın Hanoyda ifa olunmasını, Əjdər İbrahimovun vyetnam kinosuna töhfəsini, Azərbaycan universitetlərində təhsil almış vyetnamlı tələbələrin bu gün öz ölkələrində nüfuzlu vəzifələrdə çalışmasını yumşaq güc siyasətinin uğurlu nümunələri kimi təqdim edir. Bütün bunlar ölkələr arasında xalqlar səviyyəsində qarşılıqlı anlaşma və mədəni təmasların nə qədər önəmli olduğunu göstərir. Cənab Prezidentin sözləri ilə desək: “Bu gün təhsil sahəsində qarşılıqlı maraq yenidən canlanır və qarşılıqlı təcrübə mübadiləsi üçün geniş imkanlar var.” Əminliklə demək olar ki, siyasi və ideoloji tərəfdaşlıq yeni mərhələnin əsas sütununa çevrilib. Mayın 7–8-də baş tutacaq səfər yalnız diplomatik protokol aktı deyil. Bu səfər eyni zamanda partiyalararası münasibətlərin və siyasi-ideoloji dialoqun möhkəmlənməsi baxımından da mühüm hadisədir. Cənab Prezident İlham Əliyev bu səfəri “Azərbaycan–Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ” adlandıraraq əlavə edir: “Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq.” Bu, Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında artan siyasi dialoqun regional və beynəlxalq siyasi platformalarda koordinasiyaya töhfə verəcəyini göstərir.
Bu əməkdaşlıq modeli Azərbaycanın Asiya-Sakit Okean regionunda daha fəal iştirakına, alternativ diplomatik platformalar yaratmasına imkan verəcək. Xüsusən də, qlobal dəyişikliklər fonunda Azərbaycanın balanslı və çoxşaxəli xarici siyasət kursu üçün belə tərəfdaşlıqlar yeni fürsətlər yaradır. Azərbaycan–Vyetnam münasibətlərində gələcək mərhələ nəqliyyat, turizm və insan resursları sahələrində yeni təşəbbüsləri əhatə edir. Cənab Prezident İlham Əliyev Bakı ilə Hanoy arasında birbaşa aviareysin açılmasının zəruriliyini vurğulayır. Bu, yalnız turizm axınının artmasına deyil, həm də işgüzar səfərlərin, mədəni layihələrin və tələbə mübadiləsinin intensivləşməsinə xidmət edə bilər. Eyni zamanda, Prezident ekoloji siyasət, səhiyyə, təhsil və innovasiya sahələrində də əməkdaşlıq imkanlarının olduğunu xüsusi qeyd edir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi və qlobal ekoloji gündəmdə aktiv rolu bu əməkdaşlığa əlavə dəyər qatır. Cənab Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan diplomatiyasının çoxvektorlu və strateji xarakterini bir daha təsdiqlədi. Bu müsahibə təkcə bir rəsmi açıqlama deyil, Azərbaycan–Vyetnam münasibətlərinin tarixi yaddaşını, bugünkü reallığını və sabahkı vizionunu özündə cəmləyən konseptual sənəddir. Mayın 7–8-də keçiriləcək səfər bu siyasi iradənin konkret nəticələr doğurmasına zəmin yaradacaq. Bu münasibətlər artıq ənənəvi diplomatiyanın sərhədlərindən çıxaraq iqtisadi, humanitar və ideoloji sintezə əsaslanan strateji tərəfdaşlığa çevrilməkdədir. Bu tərəfdaşlığın qlobal geosiyasi və regional dinamikada daha mühüm rol oynayacağı şübhəsizdir.
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-05-2025