Mobil versiya
"Gələcəyə böyük ümidlərlə baxırıq" - Spiker
Tarix: 08-05-2025 | Saat: 11:30
Bölmə:Manşet / Parlament | çapa göndər

"Gələcəyə böyük ümidlərlə baxırıq" -

"Ötən dövrdə xalqımız konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi ilə inamla addımlayıb".

aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahibə Qafarova deyib.

MM sədri bildirib ki, yoxsulluğun azaldılması, həyat səviyyəsinin yüksəldilməsi, sosial sahənin modernləşdirilməsi ilə bağlı genişmiqyaslı proqramlar həyata keçirilib.

"Gələcəyə böyük ümidlərlə baxırıq. Bu gün əminliklə söyləyirik ki, Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın doğma yurdlarına qaytarılması kimi ümumilli məqsədi də gerçəyə çevirəcək. Azərbaycan davamlı inkişaf yolu ilə irəliləməkdə davam edərək yeni tarixi qələbələrə imza atacaq", - deyə S.Qafarova qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2025