Mobil versiya
Əli Əsədov Vyetnam Kommunist Partiyası MK-nın Baş katibi ilə görüşdü
Tarix: 08-05-2025 | Saat: 14:46
Bölmə:Siyasət | çapa göndər

Əli Əsədov Vyetnam Kommunist Partiyası MK-nın Baş katibi ilə görüşdü

Bu gün Baş nazir Əli Əsədov ölkəmizdə dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.

Bu barədə aia.az-a Nazirlər Kabinetindən bildirilib.

Verilən məlumata görə, görüşdə vurğulanıb ki, Azərbaycan-Vyetnam münasibətləri çox qədim və zəngin ənənələrə malikdir.

Qeyd edilib ki, qarşılıqlı münasibətləri əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnamın birinci Prezidenti Ho Şi Min tərəfindən qoyulub. Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana gəlməsi və Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri iki xalq arasında dostluğun başlanğıcını qoyub. Sovet dövründə 5 minə yaxın vyetnamlı Azərbaycanda təhsil alıb.

To Lamın səfəri zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minə həsr olunmuş sərginin və onun büstünün açılışının əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, Heydər Əliyev və Ho Şi Minin miras qoyduqları irsi davam etdirərək, bu gün hər iki ölkənin rəhbərliyi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində siyasi iradə nümayiş etdirir. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri əlaqələrin inkişafına və etimada əsaslanan əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verib.

Azərbaycan ilə Vyetnam arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Görüş zamanı Azərbaycan-Vyetnam əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, investisiya, neft-qaz, mədəni-humanitar və başqa istiqamətlərdə gələcək inkişafı məsələləri müzakirə olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2025