Mobil versiya
Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib - FOTOLAR
Tarix: 08-05-2025 | Saat: 16:30
Bölmə:Təhsil | çapa göndər

Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib


UNEC nəzdində Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

UNEC nəzdində Sosial-İqtisadi Kollecdə Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatının sədri Natiq Musayev çıxış edərək qeyd etdi ki,Ulu öndər Heydər Əliyevin siyasi irsi əslində dövlətçilik tarixidir, çünki o, bir-birindən kəskin fərqlənən iki ayrı dövrdə - həm SSRİ dönəmində, həm də müstəqillik illərində respublikamıza uğurla rəhbərlik edib, milli tərəqqini – iqtisadi inkişafı, mədəni intibahı və siyasi yüksəlişi təmin etməyə müvəffəq olub. N.Musayev daha sonra vurğuladı ki, Ümummilli Liderin iki fərqli dövrdə və əsrdə gördüyü işlər Azərbaycanın siyasi simasını, milli obrazını formalaşdırıb. Bu gün haqqlı olaraq qeyd edirik ki, Azərbaycan xalqı öz müstəqil, nüfuzlu və qüdrətli dövləti ilə qürur duyur , fəxr edir. Müasir müstəqil Azərbaycan dövləti ümummilli lider Heydər Əliyevin şah əsəridir və bugünkü qüdrətli Azərbaycanın lideri, Müzəffər Ali Baş Komandanı İlham Əliyev məhz Ulu öndər yolunu davam etdirərək qalib sərkərdə olaraq adını qızıl hərflərlə tarixə yazdırdı, xalqımızın Qarabağ arzusunu yerinə yetirdi.

UNEC nəzdində Sosial İqtisad Kollecin direktoru Şəhriyar Laçınov çıxışında Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı o zamankı ittifaq məkanında geridə qalan bütün sahələr üzrə inkişaf edən qabaqcıl respublikalar sırasına çıxardığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ölkəmizin sosial inkişaf strategiyasını da formalaşdırdığını diqqətə çatdıran direktor qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında da Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunub. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlərə imza atıb, möhtəşəm tarixi Zəfər qazanıb.

Sonra Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsində UNEC nəzdində Sosial- İqtisadi Kolleci layiqincə təmsil edən tələbələr fəxri fərmanla və təşəkkürnamə ilə təltif olunub.Tədbir boyu qonaqlara Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı videomateriallar təqdim olunub və təhsil sahəsində, gənclər siyasətinin formalaşmasında gördüyü işlər nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnılar, şeirlər səsləndirildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2025