Kamran Xanlarov: “Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir”
Tarix: 08-05-2025 | Saat: 16:31
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Bu il bütün Azərbaycan xalqı özünün xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü sonsuz ehtiram və böyük coşqu ilə qeyd edir. Ümummilli Lider Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, müasir müstəqil Azərbaycan dövlətini möhkəm təməl üzərində quran və ölkəni davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti yeni tariximizin ən mühüm mərhələsini təşkil edir. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, müasir dövlətçilik tariximiz məhz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Ulu Öndər ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun strateji qərarlar qəbul etməklə yanaşı, fəaliyyətində daim milli maraq və mənafeləri önə çəkmiş, uzaq hədəflərə hesablanmış inkişaf strategiyası işləyib-hazırlamış və həyata keçirmişdir. Xalqın Ümummilli Lideri Heydər Əliyev unikal keyfiyyətlərə sahib olan bir siyasətçi kimi bir-birilə ziddiyyət təşkil edən iki müxtəlif ictimai-siyasi quruluşda ölkəyə inamla rəhbərlik etmiş, hər iki mərhələdə Azərbaycan dövlətinin möhkəmlənməsinə, tərəqqisinə çalışmış, xalqın mənafeyini hər zaman üstün tutmuşdur. İdarəçilik fəlsəfəsi özünəməxsus cəhətlərlə zəngin olan Ulu Öndərin Sovet Azərbaycanına rəhbərlik mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olub. Məhz Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan bütün sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyub, sözün əsl mənasında, öz intibah dövrünü yaşayıb. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atıb.”
Bu sözləri aia.az-a müsahibəsində Yeni Azərbaycan Partiyasının üzvü və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Kamran Xanlarov deyib.
Müsahibimiz daha sonra ölkəmizdə milli ideologiyanın formalaşması prosesindən bəhs edərək bildirib ki, azərbaycançılıq dünyagörüşü Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır: “Hələ sovet dönəmində, Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illərdə davamlı olaraq həyata keçirilən və cəmiyyət həyatının ən müxtəlif sahələrini əhatə edən genişmiqyaslı islahatlar ölkəmizin potensial imkanlarını artırmışdır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, xüsusilə son illər ərzində möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət məhz Heydər Əliyev zəkasının yaratdığı milli azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir. XX əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq ideyası vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyevin əslində ən böyük azərbaycanlı olması Ulu Öndərin öz tarixi çıxışlarından birində səsləndirdiyi bu fikirdə də öz parlaq təzahürünü tapmışdır: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Azərbaycançılıq dünyagörüşü Ulu Öndərin siyasi fəaliyyətinin bütün sahələrində öz ifadəsini geniş kontekstdə tapmışdır. Hələ 1969-1982-ci illər ərzində respublikamıza rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Ulu Öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Ümummilli Lider deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın bunu aradan qaldırın.” Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub. Bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların birləşdirici amilinə çevrilib. Sonda bir məqamı da xüsusi olaraq vurğulamaq istərdim ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin gücünə, onun cəmiyyətimizin aprıcı qüvvəsi kimi çıxış edə biləcək potensialına hər zaman inanır, biz gənclərə etimad göstərir və böyük ümidlər bəsləyirdi. Ümummilli Lider demişdir: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.” 1993-cü ildə respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndər Heydər Əliyev gənc nəslə diqqət və qayğını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Hüquqi və dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gəncliyin enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalamaqla Azərbaycan gəncliyinin qarşısında öz potensialını reallaşdıra bilmək üçün tükənməz imkanlar açdı. Bu gün də biz, Azərbaycan gəncləri həmin imkanlardan yararlanaraq daha güclü, daha firavan Azərbaycan naminə cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında usanmaq bilmədən, əzm və fədakarlıqla çalışmalıyıq” – deyə, Kamran Xanlarov fikirlərini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-05-2025