Mobil versiya
Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub -Fotolar
Tarix: 08-05-2025 | Saat: 11:34
Bölmə:Siyasət | çapa göndər

Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd olunub

Mingəçevir şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə “Ümummilli lider Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirən, müstəqil dövlətimizi qüdrətləndirən tarixi şəxsiyyətdir” mövzusunda konfrans keçirilib.

Tədbirdə İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Əli Hüseynli, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Mingəçevir Dövlət Dram Teatrının akt zalında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

Konfransda Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov “Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyəti müasir dövlətçiliyimizin uğurlarının əsasıdır”, Milli Məclisin deputatları Əli Hüseynli “Ulu Öndərin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının müasir dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolu”, Aydın Mirzəzadə “Heydər Əliyev müstəqilliyimizi əbədi edən tarixi şəxsiyyətdir”, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin ideyalarını həyata keçirən siyasi məktəbdir”, Hərbi Hissənin komandiri, Vətən müharibəsi qəhrəmanı Elnur Gebidov “Azərbaycanın dövlət suverenliyinin bərpası Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tarixi nailiyyətidir” mövzularında məruzələrlə çıxış etmişlər.

Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibəti ilə şəhərin incəsənət ustalarının konsert proqramı təqdim olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2025