Mobil versiya
İtaliyada məşq zamanı iki təyyarə toqquşub
Tarix: 06-05-2025 | Saat: 20:47
Bölmə:Özəl | çapa göndər

İtaliyada məşq zamanı iki təyyarə toqquşub

İtaliyada ölkənin Hərbi Hava Qüvvələrinin Frecce Tricolori akrobatika komandasına məxsus iki Aermacchi MB-339-PAN reaktiv təyyarəsi nümayiş uçuşlarına hazırlaşarkən havada toqquşub. Bu barədə “Corriere della Sera” məlumat yayıb.
Hadisə Pantelleria hava limanında baş verib.

"Məşq zamanı İtaliya Hərbi Hava Qüvvələrinin Frecce Tricolori akrobatika komandasının iki Aermacchi MB-339-PAN təyyarəsi səmada toqquşub. Pilotlar vəziyyətin öhdəsindən gələrək təhlükəsiz yerə enə biliblər", mətndə deyilir. Qeyd olunur ki, təyyarələrdən birinin qanadı, digərinin isə eniş şassisi zədələnib. Daha bir təyyarə eniş zamanı naməlum səbəblərdən sürüşərək uçuş-enmə zolağından çıxıb.

Pilotlardan birinin ayağının sındığı şübhəsi ilə xəstəxanaya aparıldığı məlum olub.

İlkin məlumatlara görə, toqquşmaya quşlar səbəb ola bilər. Hadisənin təfərrüatları araşdırılır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2025