"Evlərin qiyməti vətəndaşların alıcılıq qabilliyyətinə uyğun deyil" - Deputat
Tarix: 15-04-2025 | Saat: 12:48
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər

"Qəzalı vəziyyətdə olan evlərin söküntüsünə və yeni evlərin tikintisinə başlanacaq. Təbii ki, burda dövlət vəsaitlərindən istifadə olunacaq. Bu vəsaitlərin istifadə olunmasında növbəti dəfə çatışmazlıqlar, büdcədən vəsaitlərinin istifadəsi zamanı qənaətli istifadə olunmaması, rəqəmlərin şişirdilməməsi üçün hansı işlər görüləcək?"
aia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"Xüsusən mərkəzlərdə tikilən evlərin hər kvadrat metrinin qiyməti fantastik rəqəmlərdir. Orta statistik azərbaycanlının alıcılıq qabilliyyətinə uyğun deyil. Burada xeyli səviyyədə məlum olan faktlar var ki, iş adamlarından alınan vəsaitlər axırda gətirilib hər kvadratın üzərinə gəlir. Bu da xeyli dərəcədə Azərbaycanda ciddi xarakter daşıyan mənzil təminatının əlçatanlığına maneə yaradır", - deyə deputat bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-04-2025