Mobil versiya
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir
Tarix: 04-04-2025 | Saat: 11:55
Bölmə:Özəl | çapa göndər

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir

Dövlət başçısı İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata birgə bəyanatlarında belə bir əminliyi ifadə etdi ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcək
Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri müxtəlif dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Ölkəmiz Avropa dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Bunun üçün qarşılıqlı səfərlərə diqqət yetirmək kifayətdir.
Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. Prezident İlham Əliyevin 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi, 10-dan artıq isə işgüzar səfəri olub. Sonuncu işgüzar səfər ötən il baş tutub. Dövlətimizin başçısı İlham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmişdir. Hər bir səfər, beynəlxalq əhəmiyyətli tədbir malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan daim yerləşdiyi coğrafi məkana və malik olduğu təbii resurslara görə dünyanın diqətində olub. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə sabitliyin və normal biznes mühitinin yaradılması iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynadı. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Həmin vaxtdan bugünədək Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası bunu bir daha təsdiqləyir. «Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş.» Dövlət başçısı İlham Əliyevin bu fikirləri Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunun təqdimatıdır.
Reallıq budur ki, Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Rəsmi Bakı Avratlantik məkana inteqrasiya və Avropa İttifaqı ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verir. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Onu da qeyl edək ki, Prezident İlham Əliyevin Almaniyaya 2004-cü ildə gerçəkləşmiş ilk rəsmi səfərinin nəticələri əməkdaşlıq üçün daha böyük potensialın olduğunu bir daha təsdiqləmişdi. Səfər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açdı.

Səbuhi Əbilov
Bakı Dövlət Universitetinin tələbəsi, YAP Nəsimi rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-04-2025