Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş keçirilib -Foto
Tarix: 09-04-2025 | Saat: 18:26
Bölmə:Parlament | çapa göndər

Aprelin 9-da Milli Məclisin sədr müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin İran-Azərbaycan dostluq qrupunun rəhbəri Sodeyf Bədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qonaqları salamlayan Ziyafət Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İranın yol və şəhərsalma naziri, eləcə də İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri ilə keçirdiyi görüşləri xatırladaraq, belə görüşlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığını bildirib. Sədr müavini Azərbaycanla İran arasında iqtisadi və mədəni sahələrdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb. O, ticari və logistika sahəsində əməkdaşlığın genişləndirilməsinin də dövlətlərimizin maraqlarına uyğun olduğunu qeyd edib.
Ziyafət Əsgərov, həmçinin Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində İran İslam Şurası Məclisi sədrinin Bakıya səfərini xatırladaraq, bu cür qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrin güclənməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Öz növbəsində, Sodeyf Bədri Azərbaycanda keçirdiyi görüşlərin əhəmiyyətindən danışıb. O, qarşılıqlı səfərlərin yalnız diplomatik deyil, həm də parlamentlərarası əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əmin olduğunu bildirib. Qonaq, İran-Azərbaycan münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında gələcəkdə daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2025