Mobil versiya
Serbiya Aİ və Rusiya arasında seçim etdi
Tarix: 09-04-2025 | Saat: 18:03
Bölmə:Özəl | çapa göndər

Serbiya Aİ və Rusiya arasında seçim etdi

Serbiya hətta Avropa Birliyinə (Aİ) üzvlük naminə də Rusiya ilə döyüşməyəcək.
TASS xəbər verir ki, bunu respublikanın baş nazirinin müavini Aleksandr Vulin deyib.


“Görünür, Aİ-yə daxil olmaq üçün yeganə şərt Rusiya ilə müharibədir – və biz bu şərti yerinə yetirməyəcəyik”, - deyə siyasətçi bildirib. O, həmçinin Serbiyanı anti-Rusiya sanksiyaları tətbiq etməyə razı salmağa çalışmalarından təəssüfləndiyini bildirib. Bundan əlavə, Vulin avropalı siyasətçiləri Minsk razılaşmalarını pozmaqda ittiham edib, onun sözlərinə görə, bu, Rusiya və Ukrayna arasında hazırkı münaqişəyə gətirib çıxarıb.


Martın 20-də Serbiyanın baş nazirinin müavini bildirib ki, ölkə heç vaxt Aİ-yə üzv olmayacaq. Vulin həmçinin Serbiyanın bir gün BRİKS-in tamhüquqlu üzvü olmaq arzusunu ifadə edib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2025