Mobil versiya
Pezeşkian: Xamenei İrana ABŞ investisiyalarının yatırılmasına qarşı deyil
Tarix: 09-04-2025 | Saat: 16:48
Bölmə:Dünya | çapa göndər

Pezeşkian:

İranın dini lideri Əli Xamenei Tehran və Vaşinqton arasında planlaşdırılan danışıqların uğurlu olacağı təqdirdə İrana birbaşa ABŞ investisiyalarına müsbət yanaşır.

aia.az "Associated Press"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

"İranın Ali lideri ayətullah Əli Xamenei ABŞ-nin İrana investisiya yatırmasına etiraz etmir. Amerikalı investorlar, gəlin və investisiya yatırın", - o qeyd edib.

M.Pezeşkianın fikrincə, belə bir təklif ABŞ Prezidenti Donald Trampı maraqlandıra bilər. O vurğulayıb ki, Tehran nüvə silahı yaratmağa çalışmır, ölkənin nüvə proqramı sülhməramlı və elmi xarakter daşıyır.

"Biz nüvə bombası yaratmağa çalışmırıq. Siz (Qərbdə) bunu artıq 100 dəfə yoxlamısınız. Bunu daha 1000 dəfə də edə bilərsiniz", - o əlavə edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2025