Mobil versiya
Barəsində araşdırma başlanılan Sənan Əsədzadə ilə bağlı daha bir şikayət: "Sizin kimi yalançı şirkət yoxdur" - FOTOLAR
Tarix: 09-04-2025 | Saat: 17:31
Bölmə:Ölkə | çapa göndər

Barəsində araşdırma başlanılan Sənan Əsədzadə ilə bağlı daha bir şikayət:

Daha bir vətəndaş xarici ölkələrdən Azərbaycana avtomobillərin gətirilməsi ilə məşğul olan Sənan Əsədzadə adlı şəxslə bağlı şikayət edib.

"Unikal"ın məlumatına görə, Cavid adlı şəxs "TikTok" sosial şəbəkəsində Sənan Əsədzadənin ötən gün paylaşdığı videonun şərh bölməsində öz şikayətini bildirib. S.Əsədzadə isə həmin rəyi silib.

Şikayətçi yazdığı rəyin silindiyini gördükdən sonra yenidən paylaşıma şərh bildirib: "Rəyi silmək əvəzinə problemi həll edin. Sizin kimi yalançı şirkət yoxdur", - deyə o qeyd edib.

Digər bir sosial şəbəkə istifadəçisi ondan problemin səbəbini soruşduqda şikayətçi belə cavab verib: "Daha nə etməyiblər ki? Əgər düzdürlərsə, elə bu şərhin altında mənə cavab versinlər. Ancaq ki, çətin. Onların problemi həll etmək qabiliyyətləri yoxdur".

Sənan Əsədzadə həmin şəxsin ikinci dəfə yazdığı rəyləri də silib.

Xatırladaq ki, yanvar ayında bir qrup vətəndaş xarici ölkələrdən (xüsusilə Çindən) Azərbaycana avtomobillərin gətirilməsi ilə məşğul olan Sənan Əsədzadə adlı şəxslə bağlı polisə müraciət edib. Vətəndaşların şikayəti əsasən sifariş edilmiş və qiyməti ödənilmiş avtomobillərin uzun müddətdir ölkəyə gəlib çıxmaması ilə bağlı idi. DİN-in Mətbuat Xidmətindən verilən məlumatda sözügedən məsələ ilə bağlı müvafiq polis orqanında araşdırma aparıldığı bildirilmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2025