Mobil versiya
Daşkəsəndə hərbçi 3-cü mərtəbədən yıxıldı
Tarix: 10-04-2025 | Saat: 10:08
Bölmə:Karusel / Ölkə | çapa göndər

Daşkəsəndə hərbçi 3-cü mərtəbədən yıxıldı

Daşkəsəndə 36 yaşlı kişi 3-cü mərətəbədən yerə yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasında baş verib.

Belə ki, Şəmkir rayonunun Çənlibel kənd sakini 1989-cu il təvəllüdlü E.Hümbətov 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindən yıxılıb.

Yıxılan 36 yaşlı E.Hümbətov dərhal xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir. İlkin məlumata görə, E.Hümbətov qonaq getdiyi evdən yıxılıb.

Qeyd edək ki, 3-cü mərtəbədən yıxılan E.Hümbətovun hərbçi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə