Mobil versiya
Sivasda 13 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Tarix: 09-04-2025 | Saat: 16:54
Bölmə:Özəl | çapa göndər

Sivasda 13 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Sivasda orta məktəbdə yemək yedikdən sonra pisləşən 13 şagird xəstəxanaya yerləşdirilib.Əldə edilən məlumata görə, Qazipaşa orta məktəbinin 5-ci sinif şagirdləri sinif otağında şam yeməyi təşkil ediblər. Şagirdlərin evdən gətirdikləri yeməkləri yediyi tədbirdən sonra bəzi şagirdlər qarın ağrısı şikayəti ilə müəllimlərinin yanına gəliblər. Şikayətlərin sayı artdıqca məktəbə həkim briqadaları çağırılıb.
Sivasda 13 şagird qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara aparılıb. Səhhətlərinin yaxşı olduğu bildirilən tələbələrin xəstəliyinin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2025