Mobil versiya
Milli Məclisin deputatı Səbinə Xasayeva Biləcəri bələdiyyəsində vətəndaşları qəbul edib -Fotolar
Tarix: 09-04-2025 | Saat: 18:55
Bölmə:Manşet / Siyasət | çapa göndər

Milli Məclisin deputatı   Səbinə Xasayeva Biləcəri bələdiyyəsində  vətəndaşları qəbul edib

11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva aprelin 9-da Binəqədi rayonun Biləcəri bələdiyyəsinin inzibati binasında seçiciləri ilə növbəti görüşünü keçirib. Deputat görüşdə seçicilərin müraciətlərini dinləyib,onlara lazımi tövsiyələr verilib və onları maraqlandıran sualları cavablandırıb. Müvafiq qurumlara təqdim edilmək məqsədilə  vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.

Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını  ifadə edib, onları narahat edən məsələlərin tezliklə öz həllini  tapacağına əminliklərini bildiriblər.

Qəbulda Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov iştirak edib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2025