Mobil versiya
Kallas ABŞ dövlət katibinin Rusiyaya güzəştlə bağlı sözlərini açıqlayıb
Tarix: 04-04-2025 | Saat: 11:33
Bölmə:Özəl | çapa göndər

Kallas ABŞ dövlət katibinin Rusiyaya güzəştlə bağlı sözlərini açıqlayıb
ABŞ dövlət katibi Marko Rubio Moskvaya Avropa İttifaqı (Aİ) və Ukraynanın qırmızı xətlərinə zidd olan güzəştləri istisna edib. Reuters xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib. Kallasın sözlərinə görə, Dövlət Departamentinin rəhbəri əmin edib ki, Vaşinqton “Ukrayna və Avropanın maraqlarına və qırmızı xətlərinə zidd olan” güzəştlərə getməyəcək.

Avropa diplomatiyasının rəhbəri ABŞ-ın NATO-ya verdiyi töhfənin vacibliyini də bəyan edib və Avropa dövlətlərini güclərini gücləndirməyə çağırıb. Bloomberg daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Rusiya guya ABŞ-dan Ukraynadakı münaqişənin həlli məsələsində güzəştə ümid edir.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-04-2025