Mobil versiya
ABŞ-da qasırğa nəticəsində 7 nəfər ölüb
Tarix: 04-04-2025 | Saat: 11:18
Bölmə:Özəl | çapa göndər

ABŞ-da qasırğa nəticəsində 7 nəfər ölüb

ABŞ-ın bəzi ştatlarını əhatə edən qasırğalar nəticəsində ilkin məlumatlara görə, 7 nəfərin öldüyü bildirilir. ABŞ mətbuatında yer alan xəbərlərə görə, bölgədə çoxlu qasırğa və şiddətli tufanlar başlayıb.Səlahiyyətlilər, ölkənin Tennessi, Missuri və İndiana ştatlarında bir çox binaya ziyan vuran tornadolar nəticəsində ilkin təsbitlərə görə 7 nəfərin həyatını itirdiyini açıqlayıb.

Rəsmilər, elektrik xətlərinin qırılmasına səbəb olan şiddətli fırtınaların bölgədəki bir çox evin enerjisiz qaldığını, Tennessi və Kentukki ştatlarında bəzi məktəblərdə təhsilin dayandırıldığını bildirib.

Səlahiyyətlilər həftə sonuna qədər davam edəcəyi gözlənilən leysan yağışların səbəb ola biləcəyi daşqınlar barədə xəbərdarlıq edib.

Arkanzas, Missuri, Tennessi və Missisipi əyalətlərində davamlı yağışların gözlənildiyini bildirən səlahiyyətlilər, bu vəziyyətin xüsusilə Missisipi Çay Vadisi boyunca təsirli olacağını ifadə etdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-04-2025