Rusiya nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq üçün İstanbula gəlib
Tarix: 09-04-2025 | Saat: 16:15
Bölmə:Özəl | çapa göndər

Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyevin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Rusiya və ABŞ arasında danışıqların ikinci raundu üçün İstanbula gəlib.
Bu barədə RİA Novosti məlumat yayıb.
“Nümayəndə heyətini daşıyan təyyarə yerli vaxtla saat 14:20 radələrində İstanbul hava limanına enib”, – nəşr yazır. Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Lenta.ru ilə söhbətində bildirib ki, hazırda Ukraynada sülh müqaviləsinin bağlanmasına hazırlıq üzrə texniki iş gedir.
Aprelin 9-da məlum olub ki, Rusiya ilə ABŞ arasında məsləhətləşmələrin ikinci mərhələsi aprelin 10-da Rusiyanın İstanbuldakı Baş Konsulluğunda baş tutacaq. Amerika qrupunu görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter təmsil edəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-04-2025