Azər Kərimli: “Cənab Prezident tərəfindən 3 il öncə təməli qoyulan Sarıcalı bu gün ilk sakinlərini qəbul edir”
Tarix: 01-04-2025 | Saat: 14:30
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurma işləri həyata keçirildikcə Böyük qayıdış dövlət proqramının mərhələli şəkildə icrası davam edir. Bu torpaqların əsil sahibləri öz dədə-baba yurdlarında məskunlaşdıqca, 30 il düşmən tapdağı altında qalan şəhərlərimizə, qəsəbə və kəndlərimizə həyat yenidən qayıdır. Bu bayram günlərində azad olunmuş ərazilərə davamlı səfərlər edən Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva buraya qayıdan insanlara onların yeni ev və mənzillərinin açarlarını şəxsən təqdim etməklə vətəndaşlarımızın bayram sevinclərini ikiqat artırırlar. O cümlədən martın 27-də dövlət başçısı və xanımı Ağdam rayonunun quruculuq işlərinin xüsusilə geniş vüsət aldığı Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, bu kənd Birinci Qarabağ müharibəsinin gedişində işğalçı Ermənistan ordusu tərəfindən 1993-cü ildə işğal olunmuşdu. Digər işğal edilmiş yaşayış məntəqələri kimi Sarıcalı da ermənilər tərəfindən viran qoyularaq tamamilə xarabalığa çevrilmişdi. Kənddə evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə talan edilmiş və tamamilə dağıdılmışdı. Artıq Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndinin təməli 2022-ci il oktyabrın 4-də cənab Prezident İlham Əliyev tərəfindən şəxsən qoyulub. Bu gün isə Sarıclı artıq ilk akinlərini qəbul edir. Hazırda burada 203 iki, üç, dörd və beşotaqlı fərdi ev inşa olunub. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Sarıcalıda olarkən yeni mənzillərə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim ediblər.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
Fikirlərini davam etdirən deputat daha sonra cənab Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın istifadə etdiyi döyüş taktikası barədə söylədiyi fikirlərin əhməiyyətini qeyd edib: “Sarıcalı kəndində etdiyi çıxışında cənab Prezident Vətən müharibəsinin bəzi epizodları ilə bağlı önəmli açqlamalar təqdim etdi. Müharibə zamanı Ağdam istiqamətində fəal hərbi əməliyyatların keçirilmədiyini bir daha xatırladan cənab Ali Baş Komandan, bu taktikanın həmin istiqamətdə düşmənin güclü istehkamlar qurması və hər tərəfi minalaması səbəbi ilə seçildiyini bildirdi. Azərbaycan ordusu Ağdam istiqamətində artıq Hadrut, Cəbrayıl, Füzuli, Şuşa azad olunandan sonra hərəkət etməyə başlamışdı və faktiki olaraq, düşmənin qüvvələri mühasirədə qalmışdı. Əgər ermənilər Azərbaycan tərəfinin humanist təklifindən istifadə edib həmin əraziləri müəyyən edilmiş müddətdə tərk etməsəydilər, bu zaman onların 10-15 minlik canlı qüvvəsi tamamilə məhv ediləcəkdi. Beləliklə, İkinci Qarabağ müharibəsi nəticəsində Ağdam şəhəri və o vaxt işğal altında olan kəndlər, həmçinin Laçın və Kəlbəcər rayonları da bir güllə atılmadan geri qaytarıldı. Bu, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən Azərbaycan diplomatiyasının daha bir möhtəşəm qələbəsi idi” – deyə, Azər Kərimli fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər