Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində elmi seminar keçirilib -Fotolar
Tarix: 01-04-2025 | Saat: 17:19
Bölmə:Təhsil | çapa göndər

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 1 aprel – Beynəlxalq Quşlar Gününə həsr olunmuş elmi seminar keçirilib.
aia.az xəbər verir ki, seminarda Bioekologiya kafedrasının doktorantı Ramil Həsənov “Azərbaycanın quşları və onların mühafizəsi” mövzusunda çıxış edib.
Ramil Həsənov qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi və mühüm miqrasiya maşrutlarının üzərində yerləşməsi bioloji müxtəlifliyin zəngin olmasına səbəb olub. Azərbaycan həm köçəri, həm də oturaq quşlar üçün əlverişli məkandır. Ölkədə 18 dəstənin 61 fəsiləsinə aid olan 400-dən çox quş növü qeydə alınıb, onların 78-i Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın III nəşrinə daxil edilib.
Mühazirəçi quşların ekosistemlərdə və insan həyatında rolu, respublikamızın mühüm ornitoloji əraziləri, quşlar üçün təhlükə yaradan səbəblər və onların mühafizəsi üçün görülən tədbirlər haqqında danışıb. O, həmçinin çıxışında ornitofaunanın mühafizəsində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin, ekoloji təhsil və marifləndirmənin rolunu qeyd edib.
Daha sonra Ramil Həsənov 2024-2025-ci illərdə respublikamızın müxtəlif ərazilərində aparılmış monitorinqlərin nəticələrini bölüşüb. Qeyd edib ki, tədqiqatlar zamanı 152 növ qeydə alınıb, onlardan 22-si müxtəlif mühafizə statusuna malik olmaqla “Qırmızı Kitab”a daxil edilib. O, iqlim dəyişkənliyinin quşların miqrasiyasına, yayılma arealına, qidalanmasına və həyat fəaliyyətinə təsirinin nəticələrinə toxunub, təbii və antropogen təsirlərin səbəbindən respublikamızda nəsli kəsilmiş və yeni müşahidə edilən növlər haqqında tədqiqatları diqqətə çatdırıb.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər