Azərbaycan Pakistan əlaqələri yeni inkişaf mərhələsində
Tarix: 28-02-2025 | Saat: 10:54
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü baş tutub.
Görüş zamanı iki ölkə arasında qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, iqtisadi və siyasi əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub. Liderlər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apararaq, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha da dərinləşdirilməsinə dair konkret addımları nəzərdən keçiriblər.
Prezident İlham Əliyev Azərbaycanın Pakistan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib. O, Pakistanın Qarabağ məsələsində Azərbaycana göstərdiyi qətiyyətli dəstəyi yüksək qiymətləndirib və bu dəstəyin iki ölkə arasındakı qardaşlıq münasibətlərinin təzahürü olduğunu qeyd edib. Azərbaycan və Pakistan arasında münasibətlər strateji tərəfdaşlıq və qardaşlıq prinsiplərinə əsaslanır. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, bu münasibətlərin ən mühüm aspektlərindən biri Pakistanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı və qətiyyətlə dəstəkləməsidir. Pakistan, Ermənistanın işğal etdiyi Qarabağ bölgəsində Azərbaycana verdiyi qətiyyətli siyasi və diplomatik dəstəyi ilə seçilən ölkələrdən biridir. Həmçinin, Pakistan, Ermənistanı rəsmi olaraq tanımayan azsaylı ölkələrdən biridir. Bu, onun Azərbaycanla həmrəyliyinin və Qarabağ məsələsində prinsipial mövqeyinin açıq ifadəsidir. 2020-ci ildə Azərbaycanın Qarabağı işğaldan azad etməsi üçün apardığı 44 günlük Vətən müharibəsi zamanı Pakistan hökuməti və xalqı Azərbaycana tam dəstək göstərdi. Bundan əlavə, Pakistanın rəsmi şəxsləri və dövlət qurumları Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədiklərini və Ermənistanın işğalçı siyasətini pislədiklərini bəyan etdilər. Onu da qeyd edək ki, Pakistan Azərbaycanın mövqeyini BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlarda dəstəkləyir. Xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Pakistan, Azərbaycanın Qarabağ məsələsinə dair qətnamələrin qəbulunda mühüm rol oynayır.
Azərbaycan və Pakistan arasında hərbi əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanın Pakistandan hərbi texnika və silah tədarük etməsi, həmçinin, ölkələr arasında birgə hərbi təlimlərin keçirilməsi bu sahədə əlaqələrin dərinləşdiyini göstərir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, Pakistan və Azərbaycan arasındakı münasibətlər təkcə siyasi və diplomatik dəstək çərçivəsində qalmır, bundan əlavə, iqtisadi, enerji, nəqliyyat və müdafiə sənayesi sahələrində də əməkdaşlıq genişlənir.
Məhəmməd Şahbaz Şərif isə öz növbəsində Pakistanın Azərbaycanla iqtisadi və ticari əlaqələri daha da genişləndirmək niyyətində olduğunu bildirib. Görüşdə ticarət, enerji, müdafiə sənayesi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret layihələr müzakirə edilib. Ticarət dövriyyəsinin artırılması və birgə investisiya layihələrinin həyata keçirilməsi Azərbaycan-Pakistan arasındakı əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.
Qeyd edək ki, Azərbaycan və Pakistan arasında bir sıra mühüm sənədlərin imzalanması planlaşdırıldığı bildirilib. Hər iki tərəf qarşıdakı illərdə əməkdaşlığın daha da intensivləşdirilməsi istiqamətində birgə səylər göstərmək əzmində olduqlarını vurğulayıb.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-02-2025