Mobil versiya
Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlandı
Tarix: 28-02-2025 | Saat: 10:07
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlandı

"Azərbaycanda hazırda 628 hakim fəaliyyət göstərir".

aia.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycan Hakimlərinin ilk Forumunda deyib.

Onun sözlərinə görə, ötən qısa müddət ərzində 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb:

"Bu da hakim korpusunun say tərkibinin ilk dəfə olaraq ən yüksək həddə - 628 nəfərə çatdırılmasına imkan verib. O da nəzərə alınmalıdır ki, hazırda 330-dan çox namizəd seçim prosesinin müxtəlif mərhələsindədir".

İ.Kərimov bildirib ki, ötən il 550-dək hakim çoxsaylı təlim və ixtisasartırma kurslarına cəlb edilib:

"Hakimlər İttifaqının xətti ilə mülki və inzibati işlər üzrə ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində təşkil edilmiş təcrübə mübadiləsi proqramları da hakimlərimiz üçün faydalı olub. 60-dək təcrübəli hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025