Mobil versiya
“Qumar kralı”ı Baqiyevlə bağlı daha bir XƏBƏR
Tarix: 12-02-2025 | Saat: 15:00
Bölmə:Ölkə | çapa göndər

“Qumar kralı”ı Baqiyevlə bağlı daha bir

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl məşhur restoranların sahibi Yusif Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə-xüsusilə külli miqdarda gəlir əldə etməklə ) maddələri ilə ittiham elan edilib.

Mətbuatda yazılanlara görə, Yusif Baqiyev (Şəkili) ölkədə “qumar kralı” kimi tanınır. O, Bakıda fəaliyyət göstərən bir neçə məşhur restoranın, o cümlədən “Medalyon” və “Nuxa” restoranlarının sahibidir.

Yusif Baqiyevin həbsindən sonra heyrətamiz dərəcədə çoxsaylı əmlakları üzə çıxıb. Hətta belə iddialar da irəli sürülüb ki, Yusif Baqiyevin mal-mülkünün ümumi sahəsi az qala Azərbaycanda reallaşdırılan ən böyük layihə “Sea Breeze”ə çatır.

aia.az xəbər verir ki, Musavat.com-a daxil olan məlumatlarda Yusif Baqiyev tutulandan sonra ona məxsus qeyri-yaşayış sahələrində də tikinti işlərinin dayandırıldığı bildirilib.

Ümumiyyətlə isə Yusif Baqiyevin həm də çoxsaylı kommersiya obyektlərinə sahib olduğu deyilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Yusif Baqiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Ona qarşı irəli sürülən rəsmi ittihamlar təsdiqini taparsa, 12 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2025