Mobil versiya
DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib
Tarix: 12-02-2025 | Saat: 13:34
Bölmə:Gündəm | çapa göndər

DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

aia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Həmin mərkəzlər həftənin I-VI günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-02-2025
12:16 ELAN