YAP Şirvan şəhər təşkilatının hesabat iclası keçirilib. -Fotolar
Tarix: 12-02-2025 | Saat: 12:26
Bölmə:Siyasət | çapa göndər
11 fevral 2025-ci il tarixdə YAP Şirvan şəhər təşkilatının 2024-cü ilin yekunları ilə bağlı hesabat iclası keçirilib.
İclasda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri iştirak edib.
Öncə müstəqil Azərbaycan dövlətinin memarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov hesabat məruzəsi ilə çıxış edib. YAP Şirvan şəhər təşkilatı öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın sədri Cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə, qüvvədə olan qanunvericiliyə, YAP-ın yerli təşkilatlar haqqında Əsasnamə və Nizamnaməsinə, Mərkəzi Aparatın qərar və göstərişlərinə, YAP Şirvan şəhər təşkilatının Tədbirlər Planına uyğun olaraq qurduğunu vurğulayıb.
Zahir Qəhrəmanov qeyd edib ki, YAP Şirvan şəhər təşkilatı uçot sisteminin, partiya üzvlərinin qeydiyyatının dəqiqləşdirilməsi üçün xeyli işlər görmüşdür. Bu işlər bu gün də davam edir. Partiyada bütün üzvlərin fərdi uçot sisteminin ən müasir tələblər səviyyəsində qurulmasına nail olunmuşdur. YAP Şirvan şəhər təşkilatı 2024-cü ildə keçirilən prezident seçkilərində, Azərbaycan Respublikası Milli Məclisi seçkisində və 2025-ci il yanvar ayının 29-da keçirilmiş bələdiyyə seçkisində yüksək səviyyədə üzərinə düşən vəzifəni yerinə yetirmişdir. Azərbaycan Respublikasında 2024-cü ilin fevral ayının 7-də keçirilmiş prezident seçkilərində, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin yüksək səs çoxluğu ilə yenidən Prezident seçilməsindən sonra gənclərin YAP sıralarına qoşulmaq üçün müraciəti artmışdır. Bunun nəticəsidir ki, 2024-cü ildə YAP Şirvan şəhər təşkilatında partiya sıralarına 163 nəfər qəbul edilmişdir.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov əldə edilmiş uğurlarla yanaşı bəzi ərazi partiya təşkilatı sədrlərinin sosial şəbəkədə olan paylaşımlara laqeyid yanaşdığını vurğulamış, növbəti ildə bu kimi halların baş verməməsi üçün bu tənqiddən düzgün nəticə çıxaracaqlarını bildirmişdir.
YAP Şirvan şəhər təşkilatının məsləhətçiləri Amil İsrayılov, Ramil Babayev və mühasib Natiq Kərimli çıxış edərək görülən işlər haqqında geniş məlumat verdilər.
YAP Şirvan şəhəri təşkilatının İstiqlaliyyət prospekti 10 ünvanında yerləşən (İcra Hakimiyyəti) ərazi partiya təşkilat sədri Adəm Hüseynov çıxışında Yeni Azərbaycan Partiyasının öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirdiklərini bildirib, Yeni Azərbaycan Partiyası xalqın partiyası olduğunu vurğulayıb. YAP Şirvan şəhər təşkilatının ötən dövr ərzində fəaliyyətini Kafi qiymətləndirdi.
İclasda çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, YAP ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayıb. Bütün bunlar müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib. 2024-cü il fevral ayının 7-də növbədənkənar keçirilən Prezident seçkilərində, 2024-cü il sentyabr ayının 1-də növbədənkənar keçirilən Azərbaycan Respublikası Milli Məclisi seçkisində, 2025-ci ilin yanvar ayının 29-da keçirilmiş Bələdiyyə seçkilərinə hazırlıq prosesində YAP Şirvan şəhər təşkilatının böyük rolu olduğunu bildirmiş və YAP Şirvan şəhər təşkilatının ötən dövr ərzində fəaliyyətini Kafi qiymətləndirmişdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər