Ana Sayfa > Gündəm > DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişib
DYP-nin texniki müayinə mərkəzlərinin iş qrafiki dəyişibBu gün, 13:34. Yazar: sevinc1 |
![]() DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib. aia.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Həmin mərkəzlər həftənin I-VI günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər. aia.az Geri dön |