Mobil versiya
Tramp: Qəzzanın yenidən qurulması 10-15 il çəkəcək
Tarix: 04-02-2025 | Saat: 21:37
Bölmə:Özəl | çapa göndər

Tramp: Qəzzanın yenidən qurulması 10-15 il çəkəcək
ABŞ prezidenti Donald Tramp hesab edir ki, İsrailin hücumlarından əziyyət çəkən Qəzza zolağının bərpası 10-15 il çəkəcək. Bu barədə Reuters agentliyi Amerika liderinin administrasiyasının nümayəndəsinə istinadən yazır.Eyni zamanda, Tramp Qəzzanın sökülə biləcəyinə inanır, çünki insanları belə yararsız yerdə yaşamağa məcbur etmək “qeyri-insani”dir.

Bundan əlavə, agentliyin mənbəsi qeyd edib ki, Ağ Evin rəhbəri Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə atəşkəs və girovların azad edilməsi üzrə razılaşmanın ikinci mərhələsini müzakirə edəcək.

Bazar günü Netanyahunun Trampla danışıqlar aparmaq üçün Amerika paytaxtına uçduğu bildirilir. İsrailin baş nazirinin Amerika liderinin İrana qarşı mübarizəsini də müzakirə etməyi planlaşdırdığı dəqiqləşdirilib. Netanyahu qarşıdan gələn görüşü yəhudi dövləti üçün vacib adlandırıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025