Mobil versiya
İlyas İsmayılovun son vəziyyəti: "Yaxşı nəsə demək mümkün deyil"
Tarix: 04-02-2025 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər

İlyas İsmayılovun son vəziyyəti:

Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti pisləşib və o hazırda Mərkəzi Kliniki Xəstəxanadadır. İlyas İsmayılov ötən ilin dekabr ayından Mərkəzi Kliniki Xəstəxanada müalicə alır.

aia.az xəbər verir ki, Modern.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, İlyas İsmayılovun səhhəti haqqında yaxşı nəsə demək mümkün deyil:

"Son bir həftədir ki, təəssüf ki, İlyas müəllimin səhhəti haqqında yaxşı nəsə demək mümkün deyil. Səhhətində irəliləyiş yoxdur. Ancaq Allahdan ümid kəsilməz".

M.Rəhimli siyasi partiya sədrlərinin əksəriyyətinin İlyas İsmayılovun səhhəti ilə maraqlandığını söyləyib:

"Siyasi partiya sədrlərinin əksəriyyəti İlyas müəllimin səhhəti ilə maraqlanır. Narahat olduqlarını bildirirlər. Ancaq son günlər İlyas müəllim telefonlara cavab verə bilmir. İlyas müəllimin səhhəti ilə maraqlanan, onun sağalması üçün nələrsə edən hər kəsə Ədalət Partiyası adından təşəkkür edirəm. Bunu xüsusi olaraq qeyd etmək istəməzdim. Ola bilsin ki, səhvə yol verim, kimlərinsə adlarını unudum, yaxud çəkməyim. Çünki bir müddət əvvəl İlyas müəllimin birbaşa özü ilə də əlaqə saxlayan partiya sədrləri olub".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025