Mobil versiya
Səttar Möhbalıyev Şahbuz rayonunda seçicilərlə növbəti görüş keçirib -Fotolar
Tarix: 04-02-2025 | Saat: 18:07
Bölmə:Manşet / Özəl / Parlament | çapa göndər

Səttar Möhbalıyev Şahbuz rayonunda seçicilərlə növbəti görüş keçirib

Fevralın 4-də Milli Məclisin deputatı Səttar Möhbalıyev Şahbuz rayonunda seçiciləri qəbul edib.

aia.az xəbər verir ki, görüş Şahbuz rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutub. Deputat əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Tədbirdə seçicilərin müraciətləri dinlənilib, onların problemlərinin həll yollarına dair müzakirələr aparılıb. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll edilib. Həllini tapmayan məsələlər Səttar Möhbalıyev tərəfindən qeydə alınıb, onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Deputat Səttar Möhbalıyevin fevralın 4-də Şahbuz rayonunda keçirdiyi qəbulda iştirak edən seçicilər görüşdən məmnunluqlarını ifadə edib, onlara və ümumilikdə Naxçıvanın inkişafına göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-02-2025