Ardıcıl zəlzələlər panikaya səbəb oldu: Minlərlə insan Santorini adasını tərk etdi
Tarix: 04-02-2025 | Saat: 19:30
Bölmə:Özəl | çapa göndər
Yunanıstanın turizm adası Santorini sahillərində şənbə günündən bəri baş verən yüzlərlə zəlzələ vətəndaşlar arasında panikaya səbəb olub. Zəlzələlərdən sonra 9 mindən çox insan adanı tərk edib.
Egey dənizindəki Kiklad adalarında, xüsusilə Yunanıstanın turizm adası Santorinidə hiss edilən zəlzələlər nəticəsində minlərlə insan təxliyə edilib. Şənbə günündən bəri baş verən yüzlərlə zəlzələdən sonra 9 mindən çox insan Santorini adasını tərk edib. Bölgədə son zəlzələ yerli vaxtla saat 15.04-də 5.3 bal gücündə baş versə də, mütəxəssislər sözügedən zəlzələlərin Santorini vulkanı ilə bağlı olmadığını iddia ediblər.
“DAHA DAHA ZƏLZƏLZƏLƏR OLA BİLƏR”
Yunan seysmoloqu Gerasimos Papadopulos bölgədə davam edən seysmik fəaliyyətin fayı qırmağa çalışdığını, lakin güclü müqavimətlə qarşılaşdığını ifadə edərək, bölgədə daha çox zəlzələnin baş verə biləcəyi xəbərdarlığını edib.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakis sabah İqlim Böhranı və Mülki Müdafiə Nazirliyində bölgədəki zəlzələləri və əlavə tədbirlərin zəruri olub-olmamasını müzakirə etmək üçün yüksək səviyyəli iclas keçirəcək.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-02-2025