Zelenski Qərbdən nüvə silahı istəyib
Tarix: 04-02-2025 | Saat: 21:25
Bölmə:Özəl | çapa göndər
Ukrayna prezidenti Vladimir Zelenski Qərbdən nüvə silahı və raket istəyib. O, öz tələbini X sosial şəbəkəsində səs yazısının anonsunu dərc edən britaniyalı teleaparıcı Pirs Morqana müsahibəsində səsləndirib.
Videonun bir fraqmentində Zelenski Ukraynanın NATO-ya daxil olmasından danışır və bunun yaxın gələcəkdə baş verməyəcəyini etiraf edir. Onun fikrincə, proses illərlə, onillərlə uzanacaq.
“Nə cür yardım paketi olacaq, hansı raketlər olacaq, bizə nüvə silahı verəcəklərmi? O zaman bizə nüvə silahı verilsin. Gəlin bunu edək: bizə nüvə silahlarını, raket sistemlərini verin”, - deyə Ukrayna lideri bildirib.
Bundan əlavə, o, Ukrayna ordusu üçün maliyyə yardımı tələbi ilə Qərb ölkələrinə üz tutub.Bundan əvvəl Zelenski Ukrayna ordusunu NATO üçün bonus adlandırmışdı. Onun sözlərinə görə, Ukraynanın alyansa daxil olması Kiyevə kömək etmək üçün ən ucuz variant olacaq.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
04-02-2025