Sumqayıt şəhərində “Gənclər Paytaxtı 2025” layihəsinin rəsmi açılış mərasimi keçirilib -Fotolar
Tarix: 03-02-2025 | Saat: 21:50
Bölmə:Özəl | çapa göndər
Sumqayıt şəhərində “Gənclər Paytaxtı 2025” layihəsinin rəsmi açılış mərasimi baş tutdu. Gənclər və İdman Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Azərbaycan Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru Qədir Xəlilov, eləcə də deputat həmkarlarımızla birlikdə iştirak etdik.
Bu əlamətdar hadisə Sumqayıtın gənclər siyasətindəki xüsusi rolunu və ölkəmizin gənclərə yönəlik strateji inkişaf xəttinin əhəmiyyətini bir daha təsdiqləyir. Layihənin əsas məqsədləri gənclərin intellektual, elmi, mədəni və idman potensialının dəstəklənməsi, onların ictimai həyatda fəal iştirakına şərait yaradılmasıdır.
Sumqayıt mənim üçün doğma və əziz şəhərdir. Onun hərtərəfli inkişafı, xüsusilə də gənclərə geniş imkanlar yaradılması məni qürurlandırır. Bu layihə şəhərin potensialını artıraraq gənclərin bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcək.
Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-02-2025