Qərbdə Bayden Ukraynaya yardımı qəsdən yavaşlatdığını açıqladı
Tarix: 03-02-2025 | Saat: 15:22
Bölmə:Özəl | çapa göndər
ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası hakimiyyətinin son ilində Rusiya ilə münaqişənin şiddətlənməsi qorxusuna görə Ukraynaya hərbi yardımı qəsdən ləngitmişdi. Bu barədə Reuters öz araşdırmasına istinadən xəbər verir.
"Lakin pul ayrıldıqdan sonra gecikmələr davam etdi", - istintaq Amerika və Ukrayna rəsmilərinə istinadən qeyd edir.
Xüsusilə, həmsöhbətlərin fikrincə, Baydenin çevrəsi öz ehtiyatlarının tükənməsindən qorxaraq, silah tədarükü sürətini azaltmağa çalışıb. Lakin ABŞ-ın yeni prezidenti Donald Trampın qələbəsindən dərhal sonra yardım həcmləri yenidən kəskin şəkildə artdı və andiçmə mərasiminə qədər 2022-ci il səviyyəsinə uyğun gəldi.Reuters daha əvvəl yazmışdı ki, Tramp və onun administrasiyasının üzvləri Ukraynanı prezident seçkiləri keçirməyə təşviq etmək istəyirlər, çünki bu, Kiyevə Rusiya ilə sülh sazişi bağlamağa imkan verə bilər. Qeyd olunur ki, Amerika liderinin ətrafı hələlik Ukrayna prezidenti Vladimir Zelenskinin belə bir fikrə necə reaksiya verəcəyini bilmir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər