Zaxarova Finlandiyanı öz vətəndaşlarına nifrət etməkdə ittiham edib
Tarix: 03-02-2025 | Saat: 20:41
Bölmə:Özəl | çapa göndər
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Finlandiya Xarici İşlər Nazirliyinin Ukraynaya muzdlu əsgər kimi getmək istəyən respublika vətəndaşları üçün məktubu dərc etməsinə bu cür reaksiya verib.
Finlandiya hakimiyyəti öz vətəndaşlarına nifrət edir, onlara Ukrayna silahlı qüvvələrinin sıralarına qoşulmağı tapşırır. Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Məncə, bu cür "təlimatları" tərtib edənlər öz vətəndaşlarına nifrət və onların taleyinə etinasızlıqdan başqa heç nəyi rəhbər tutmayıblar. Finlandiya hökumətində kim Finlərə bu qədər nifrət edir?" - o qeyd etdi.
Diplomat Finlandiya Xarici İşlər Nazirliyinin Ukraynaya muzdlu kimi getmək istəyən respublika vətəndaşları üçün memorandumu dərc etməsini belə şərh edib. Sənəddə Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya gedən Finlandiya vətəndaşının yaralanması, ölməsi, itkin düşməsi və ya əsir götürülməsi halında Finlandiya tərəfinin hərəkətləri ilə bağlı reqlament təsvir olunur.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-02-2025