"Biz büdcə vəsaitlərinin xərclənməsinə necə nəzarət edə bilərik?" - Qüdrət Həsənquliyev
Tarix: 03-02-2025 | Saat: 13:13
Bölmə:Parlament | çapa göndər
"Konstitusiyanın tərkib hissəsi olan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 92-ci maddəsinə görə, “Normativ hüquqi aktların icrasına nəzarət və yoxlanılması normayaratma orqanları (vəzifəli şəxslər, burada söhbət həm də deputatlardan gedir) və müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş xüsusi orqanlar (şəxslər) tərəfindən həyata keçirilir”.
aia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
"Real həyatda görürük ki, faktiki surətdə qanunların icrasına nəzarət mexanizmi yoxdur. Ona görə bununla əlaqədar olaraq ayrıca qanun qəbul olunmalıdır. Məsələn, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsini götürək. Milli Məclisin daxili nizamnaməsinin 39-cu maddəsinə görə, ümumiyyətlə millət vəkillərinə dövlət və kommersiya sirri, yaxud qanunla qorunan başqa məxfi məlumatlar göndərilmir, verilmir. Belə olduğu halda məsələn, biz komitə olaraq büdcə vəsaitlərinin xərclənməsinə necə nəzarət edə bilərik? İnkişaf etmiş başqa ölkələrdə silahların alınması, satışı, müdafiə və təhlükəsizlik xərclərinin necə istifadə olunması ilə bağlı müvafiq komitələrdə ciddi müzakirələr gedir və onların razılığı ilə bunlar həyata keçirilir. Hesab edirəm ki, dövlət idarəetməsində şəffaflığın artırılması, aparılan islahatlarda Prezidentə dəstək olmaq üçün belə bir qanunun qəbul olunmasına da ehtiyac var”, - deyə deputat bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər