Mobil versiya
Əmək pensiyalarının minimum məbləği artırılıb
Tarix: 03-02-2025 | Saat: 15:33
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Əmək pensiyalarının minimum məbləği artırılıb

Fevralın 1-dən Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 320 manat müəyyən olunması ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilməsi təklif olunub.

aia.az xəbər verir ki, dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi “Əmək pensiyaları haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.

Bundan əvvəl əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-02-2025