Estoniyada “Glory to Ukraine*” restoranı yandırılıb
Tarix: 31-01-2025 | Saat: 18:49
Bölmə:Özəl | çapa göndər
Yanvarın 31-nə keçən gecə Tallinndə naməlum şəxslər “Ukraynaya şöhrət” (Ədliyyə Nazirliyi tərəfindən nasist simvolları və şüarları siyahısına daxil edilib) Ukrayna restoranını yandırıblar. Bu barədə Baltnews xəbər verir.Polis və Sərhəd Mühafizə İdarəsindən Estoniya KİV-nə bildiriblər ki, binanın pəncərəsi sındırılıb və içərisi yandırılıb. Hazırda şəhər xidmətləri dəymiş ziyanı müəyyənləşdirir.Bundan əvvəl Estoniya Rusiya ilə yol hərəkəti təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxmaq qərarına gəlib. Bu müqaviləni 1993-cü ildə keçmiş SSRİ-nin 12 ölkəsi, o cümlədən Rusiya, Ukrayna və Gürcüstan bağlayıb.
Bundan əvvəl Estoniya Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarələrin Leninqrad vilayətinə hücumunu şərh edib. Estoniya Müdafiə İttifaqının pilotsuz təyyarələr bölməsinin koordinatoru Aivar Hanniotti qeyd edib ki, pilotsuz təyyarələr böyük şəhərlərdən və hava hücumundan müdafiə zonalarından yayınan marşrutdan istifadə ediblər.
* Ədliyyə Nazirliyi tərəfindən nasist simvolları və şüarları siyahısına daxil edilmişdir
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025