Pakistanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub -Foto
Tarix: 31-01-2025 | Saat: 18:32
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Pakistanın özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri ilə görüşdə müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bu barədə aia.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla görüşüb.
Görüşdə vurğulanıb ki, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan münasibətləri inkişaf edir. Bu kontekstdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Pakistanla qarşılıqlı ticarət əməkdaşlığının möhkəmləndirilməsi mühüm xarakter daşıyır. Ölkələrimiz arasında imzalanmış Preferensial Ticarət Sazişi bu sahədə işbirliyinə töhfə verəcək. Bununla yanaşı, investisiya istiqamətində əməkdaşlığın inkişafı və müxtəlif sahələrə aid birgə layihələr üçün imkanlar müzakirə olunub.
Tərəflər gündəlikdə olan əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025