Prezident İlham Əliyev: "Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür”.
Tarix: 31-01-2025 | Saat: 18:35
Bölmə:Özəl | çapa göndər
Azərbaycanın nəqliyyat infrastrukturunun beynəlxalq əhəmiyyətindən ətraflı bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, 44 gün davam edən İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə geniş miqyasda həyata keçirilən yol-nəqliyyat infrastrukturu beynəlxalq əhəmiyyətli layihələrin, o cümlədən Zəngəzur dəhlizinin bərpasını aktuallaşdırdı: «Bu günün mövzusu Orta Dəhliz məsələsinə həsr olunub. Lakin mən bu konfransın necə adlandırıldığını gördükdə, - «geosiyasət, təhlükəsizlik və iqtisadiyyat» - bildim ki, bu nöqteyi-nəzərdən mövzunun əhatəliliyi daha geniş olacaq və bu da təbiidir» sözləri ilə dünyanın nəqliyyat xəritəsini dəyişdirəcək Orta Dəhliz kimi irimiqyaslı layihənin region ölkələrinə faydası ilə bağlı proqnozları da diqqətə çatdırdı . Təbii ki, istənilən genişmiqyaslı layihələrin icrası üçün önəmli şərt sabitlikdir. Azərbaycan bölgədə yaratdığı reallıqlarla regional sabitlik təmin edilib. Fikrini «Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb.
Buna görə siyasi sabitlik, təhlükəsizlik, iqtisadiyyat - bütün bu amillər çox vacibdir» sözləri ilə açıqlayan dövlət başçımız onu da vurğulamışdı ki, açıq dənizə, okeanlara çıxışı olmayan Azərbaycan qlobal nəqliyyat layihələrinin reallaşmasında daha çox maraqlıdır. Bakı –Tbilisi-Qars dəmir yolunu reallaşdırmaqla bölgə dövlətləri üçün əhəmiyyətli infrastruktur formalaşdıran rəsmi Bakı üçün Şimal-Cənub, Şərq-Qərb dəhlizi kimi digər nəqliyyat layihələri də önəmlidir.
Yanvarın 28-də Prezident İlham Əliyevin iştirakı ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə görülən işlərlə bağlı hesabatlar dinlənildi, proqnozlar açıqlandı. Paytaxt sakinlərini və sürücüləri narahat edən tıxacların aradan qaldırılması yoları müzakirə olundu. Son 30 ildə 10 milyonu ötən paytaxtımızın artan əhalisinə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin daha da yüksəldilməsi üçün həlli vacib məsələlərə aydınlıq gətirildi.
Beynəlxalq layihələr arasında Zəngəzur dəhlizinin bərpası geosiyasi əhəmiyyəti, səmərəliliyi baxımından dünya siyasətində aktuallığını qoruyur. «Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür. İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır» söyləyən Prezident İlham Əliyev müxtəlif bəhanələrlə bu məsələnin reallaşmasını gecikdirən Ermənistanın baş naziri Nikol Paşinyanın ortaya atdığı «sülh kəsişməsi» kimi qeyri-real, səmərəsiz layihəni beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq naminə edilən manipulyasiya adlandırdı.
«Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası «Dağlıq Qarabağ Muxtar Vilayəti»nin Azərbaycan ərazisində yaradılması idi» sözləri ilə Ermənistana tarixi gerçəklikləri bir daha xatırladan cənab İlham Əliyev daşnakların törətdikləri digər cinayətlərin də unudulmadığını bildirir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025