Gələcək inkişafın fundamental əsası xalqla hakimiyyətin sarsılmaz birliyidir
Tarix: 31-01-2025 | Saat: 10:32
Bölmə:Özəl | çapa göndər
Mövcud geosiyasi reallıqlar fonunda nəqliyyat-logistika sahəsi böyük aktuallıq daşıyır. Geniş Avrasiya coğrafiyasında ölkələr və şirkətlər yüklərin daha təhlükəsiz marşrutlarla daşınmasına çalışırlar. Azərbaycan nəqliyyat sahəsində böyük layihələrin icrasında iştirak etmiş, öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Nəqliyyat- logistika sahəsində əsas hədəf beynəlxalq imkanlardan istifadə edərək iqtisadi cəhətdən daha səmərəli, eyni zamanda təhlükəsiz və etibarlı nəqliyyat yollarının təmin edilməsidir. Bu baxımdan Qarabağın 30 illik işğalına son qoyulması qarşıya qoyulmuş böyük hədəflərə çatmaq, regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratmışdır. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bir çox layihələr regionun və Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişməklə bərabər, logistika infrastrukturunun inkişafına mühüm töhfə verib. “Şərq-Qərb” və “Şimal-Cənub” layihələrinin reallaşması istiqamətində atılan addımlar ölkəmizi etibarlı tranzit ölkəsinə çevirib.
Yanvarın 28-də cənab prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlər ölkə başçısının geniş nitqi bunu inamla deməyə əsas verir.
Ölkəmizin başçısı qeyd etmişdir ki, “Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.
Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur.
Cənab Prezident İlham Əliyevin bu fundamental fikirləri Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin səmərəli fəaliyyəti üçün bir sıra məsələlər, o cümlədən yüklərin maneəsiz, yubanmadan daşınmasına xidmət edən və bazar iqtisadiyyatının tələblərinə cavab verən əlverişli iqtisadi mühitin formalaşması və onun baş verə biləcək risklərə adekvat olaraq təkmilləşməsi, Bakı Dəniz Limanının, Ələt xüsusi iqtisadi zonasının, Avropada ən böyük gəmiçilik idarələrindən sayılan Xəzər Gəmiçilik İdarəsinin gücündən səmərəli istifadə edilməsi kompleks tədbirlərin müəyyənləşdirilməsi, milli iqtisadiyyatımızda ixrac yönümlü malların artması istiqamətində məqsədyönlü işlərin görülməsi, nəqliyyat sektorunun növləri arasında optimal əlaqələndirmənin təmin edilməsi müvafiq iqtisadi strukturların diqqət mərkəzində olmalıdır. Bir fakt da nəzərə almaq lazımdır – nəqliyyat sistemli inkişafı sənaye, tikinti, maddi-texniki təchizat və sair sahələrin inkişafına təsir edir və edəcəkdir. İstehsal və sosial infrastrukturun, sözün əsl mənasında, yenidənqurulması tələb edilir. Bu bir həqiqətdir ki, istər keçmişdə, istərsə də indi nəqliyyat qovşağının mərkəzində yerləşən şəhərlər əsas inkişaf imkanlarına malik olurlar. Artıq Bakı, Sumqayıt, Gəncə, Yevlax, Şəki, Zaqatala və digər çoxsaylı şəhərlərimiz üçün əlverişli şans yaranmışdır.
Ölkəmizin nəqliyyat sahəsində nailiyyətlərini qeyd edən ölkə başçısı bildirib ki, “Son 20 il ərzində Azərbaycanda nəqliyyatla bağlı görülmüş işlərin bəzilərini ictimaiyyətin diqqətinə çatdırmaq istəyirəm. Beləliklə, son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sözlərimə qayıdıram. Əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil.”
İşğaldan azad olunan ərazilərimizdə görülən işlər isə sözün əsil mənasında inqilabdır. Yeni yollar, yeni infrastruktur layihələrinin icrası bu ərazilərin tezliklə məskunlaşması üçün əsas şərtlərdən biridir. Ölkə başçısı bunu xüsusi vurğulayaraq qeyd etdi: “Azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır.
Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə nəqliyyat layihələrini icra etmişik. Əgər bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi.”
Bu günün reallığı isə budur ki, vaxtilə inşasına mane olmağa cəhd göstərən ABŞ və onun müttəfiqləri bu gün Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Halbuki Ermənistanın maraqlarından çıxış edən qüvvələr hər vəchlə buna mane olmağa çalışırdılar. Lakin dövlət başçımızın qətiyyətli siyasi iradəsi nəticəsində bu layihə həyata keçirildi və illik yükaşırma qabiliyyəti 5 milyon tona çatdırıldı. Lakin bu da son hədəf deyildir. Yen layihələrin icrası bu yolun imkanlarını daha da genişləndirəcəkdir.
Son illərdə 4 hava limanının yenidən qurulması, 4 yeni hava limanının istifadəyə verilməsi, Bakı Dəniz Limanının yenidən qurulması, Bakı-Qəbələ dəmir yolunun inşası, 21 min kilometr avtomobil yolunun tikintisi və təmiri göstərir ki, dövlətimizin siyasətində Azərbaycanı mühüm beynəlxalq nəqliyyat qovşağna çevirmək prioritet məsələ olaraq qalır.
Müşavirədə Zəngəzur dəhlizinin açılmasına münasibət bildirən cənab Prezident bu gün bu mühüm məsələyə əngəl olmaqda davam edən Ermənistanın əslində özünütəcrid siyasətini bir daha ifşa edərək bu yolun hamıdan çox elə məhz Ermənistana lazım olduğunu qeyd etmişdir. Ölkəmizin başçısı bildirib ki, Ermənistan “dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin.” Əks təqdirdə Ermənistan dalan ölkə kimi qalacaqdır.
Son olaraq qeyd edək ki, Azərbaycan öz rəhbərinin müdrik və qətiyyətli siyasətinə davam və inkişaf edir. Xalqla hakimiyyətin sarsılmaz birliyi bu inkişafı şərtləndirən başlıca amildir. Bu da gələcəyə nikbin baxmağa imkan verir.
İlqar Kərimov,
YAP Tovuz rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər