Mobil versiya
Şirvanda “kombi” oğruları həbs edildi
Tarix: 31-01-2025 | Saat: 12:25
Bölmə:Ölkə | çapa göndər

Şirvanda “kombi” oğruları həbs edildi

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən iki fərdi evdən oğurluq edən Laçın Zeynalov və Əlizamin Əliyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxslərin ümumi dəyəri 2400 manan olan 2 ədəd kombi aparatını oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, L.Zeynalov və Ə.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025