Qusarda din xadimləri ilə görüş keçirilib -Fotolar
Tarix: 30-01-2025 | Saat: 21:37
Bölmə:Ölkə | çapa göndər
Yanvarın 30-da Qusar rayon Heydər Əliyev Mərkəzində din xadimləri ilə görüş keçirilib. Görüşdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, YAP Qusar rayon təşkilatının sədri, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri, din xadimləri, kəndlərin dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə rayonda mövcud dini vəziyyət, dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə qarşıda duran vəzifələr, planlaşdırılan tədbirlər müzakirə olunub.
İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, dəyərlərimizlə bağlı olduğunu bildirərək bu sahədə dövlətimizin apardığı uğurlu siyasətə diqqət çəkən icra başçısı bu gün hər bir Azərbaycan vətəndaşının üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək, təbliğ etmək kimi məsuliyyətli bir vəzifə düşdüyünü qeyd edib.
Görüşdə ölkədə dini radikalizmə, ekstremizmə qarşı mübarizə üçün Azərbaycanda mükəmməl qanunvericilik bazasının mövcud olduğu və ona uyğun olaraq rayonda din xadimləri, ziyalılar tərəfindən əhali arasında düzgün dini maarifləndirmə işlərinin aparılmasının, hazırda ölkəmizdə mövcud ictimai-siyasi sabitliyin qorunmasında, dini radikalizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı vətəndaşların da iştirakının vacibliyi vurğulanıb.
Sonda tədbir iştirakçılarının rayonda mövcud dini durum, dini sahə ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib. Əsasən, kəndlərdə dini sahədə ixtisaslaşmış kadrların çatışmazlığının, məscidlərin fəaliyyət göstərməməsinin, yas mərasimlərində aşırı israfçılığın yaratdığı ciddi problemlərə toxunan tədbir iştirakçıları bu problemlərin həlli yollarından biri olaraq, məktəblərdə, əhali arasında bu sahədə maarifləndirici tədbirlərin keçirilməsi təklifini irəli sürüblər. Keçirilən səmimi görüşə görə rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər