Mobil versiya
İstanbulda 17 yaşlı oğlan ailə üzvlərini öldürüb, qaçdı
Tarix: 31-01-2025 | Saat: 09:16
Bölmə:Dünya / Karusel | çapa göndər

İstanbulda 17 yaşlı oğlan ailə üzvlərini öldürüb, qaçdı

İstanbulun Eyüpsultan rayonunda bir ailənin dörd üzvü qətlə yetirilib.

aia.az NTV telekanalına istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Bildirilir ki, 17 yaşlı B.Y silahla 43 yaşlı atası Mehmet Yenigün, 42 yaşlı anası Aysun Yenigün, 71 yaşlı nənəsi Fatma İncə və bacısı 12 yaşlı Zilan Yenigünü qətlə yetirib. Hadisədən sonra oğlan evdən Bursa şəhərinə qaçıb.

Qısa zamanda yeniyetmə oğlan polis tərəfindən saxlanılıb. O, qətlləri etiraf edib. Lakin hansı səbəbdən törətdiyini bildirməyib.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025