Mobil versiya
Azərbaycan vətəndaşı dövlətimizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına əzəli torpaqlarımızdan , Zəngəzur dəhlizindən keçməklə gedəcək.
Tarix: 30-01-2025 | Saat: 21:26
Bölmə:Özəl | çapa göndər

Azərbaycan vətəndaşı dövlətimizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına əzəli torpaqlarımızdan , Zəngəzur dəhlizindən keçməklə gedəcək.

Azərbaycan itirdiyi tarixi torpaqlarına sahib çıxdıqca bir sıra dünya dövlətlərinin ölkəmizə qarşı xain həmlələri ilə üzləşdi . Məlum 2020-ci il hadisələrindən sonra da güclü erməni lobbisinin təsiri altına düşmüş bəzi dırnaqarası hegemon dövlətlər Azərbaycana hədə-qorxu , təzyiqlər etməyə başladılar. Lakin Prezident İlham Əliyevin qətiyyəti , yürütdüyü məqsədyönlü, humanist siyasət dövlətimizi belə çirkin , ikibaşlı, yaltaq rol oynayan ermənipərəst dövlətlərdən qorudu. Ermənistanın kapitulyasıya aktına qol çəkməsindən sonra , Rusiya ,Azərbaycan və Ermənistanın Üçtərəfli Bəyanat çərçivəsində imzaladıqları bütün razılaşmalar dövlət başçımız tərəfindən yerinə yetirildi. Lakin Ermənistan yenə də öz məkrli oyununu oynayaraq , üzərinə götürdüyü öhdəlikləri pozmağa çalışır . Bu riyakar dövlət Zəngəzur dəhlizi ilə bağlı imzaladığı sazişə 4 ildən artıq bir zaman keçməsinə baxmayaraq , hələ də əməl etmir.
Zəngəzur dəhlizinin açılması müasir dövrdə Cənubi Qafqaz regionunda həllini gözləyən ən aktual geosiyasi və iqtisadi problemlərdən biridir. Bu dəhliz, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində yaradılması nəzərdə tutulan etibarlı nəqliyyat yoludur. Onun əsas məqsədi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə bilavasitə rabitəsini təmin etməkdir.
Zəngəzur dəhlizi, təkcə Azərbaycan deyil, bütün region ölkələri üçün iqtisadi imkanlar yaradan strateji infrastruktur layihəsidir. Belə ki, dəhliz, Asiya və Avropa arasında malların daha sürətli və effektiv daşınmasını təmin edəcək. Bu marşrutunun açılmasıyla Rusiya, Türkiyə, Orta Asiya, Çin ölkələri arasındakı iqtisadi əlaqələr möhkəmlənəcək. Bu, regionun tranzit potensialını artıracaq və ölkələrin çıxış bazarlarını genişləndirəcək. Dəhliz neft və qaz boru xətləri tərəfindən diversifikasiya edərək, enerji ehtiyatlarını beynəlxalq bazarlara daha asan çıxarmaq imkanı yaradacaq. Avropa ölkələri bu dəhliz vasitəsilə Cənub Qaz Dəhlizini tamamlayan alternativ enerji marşrutlarından faydalana biləcək. Bu da Avropanın enerji təminatının sabitliyini artıracaq. Zəngəzur dəhlizi Cənubi Qafqazı Beynəlxalq Orta Dəhliz sisteminə daha dərin inteqrasiya edəcək. Bu marşrut Xəzər dənizi vasitəsilə Çin, Qazaxıstan və Orta Asiya bazarlarından Avropaya gedən ticarət yüklərinin həcmini artıracaq. Bunun nəticəsində tranzit ölkələrin iqtisadiyyatı üçün yeni gəlir mənbələri yaranacaq.
Azərbaycanın Zəngəzur dəhlizi üzərində təklif etdiyi logistik və enerji layihələri ona bölgənin iqtisadi mərkəzinə çevrilmə imkanı verəcək. Bundan başqa, dəhlizin istifadəyə verilməsi Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsinə əsas təkan verəcək. Bu, milli iqtisadiyyatı daha dayanıqlı və rəqabət qabiliyyətli edəcək. Dəhliz üzərində yaradılan yeni infrastruktur regiona xarici turistləri cəlb edəcək. Azərbaycanın mədəniyyət mərkəzləri olan Qarabağ və Naxçıvan bu təşəbbüsdən öz faydasını görəcək.
Tarixi, iqtisadi və geosiyasi aspektlərdən baxdıqda, Zəngəzur dəhlizi Azərbaycanın bölgədə müdafiə etdiyi hüquqi və strateji maraqlarının ayrılmaz tərkib hissəsidir. Bu ölkə prezidenti Cənab İlham Əliyevin beynalxalq tədbirlərdə etdiyi çıxışlarında, diplomatik görüşlərdə və media mənsublarına verdiyi müsahibələrdə  bir strateji xətt olaraq keçir. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir daha bu məsələyə toxunaraq Ermənistan rəhbərliyinə ünvanlanan fikir bildirmişdir: “Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”. Qeyd edək ki, bu fikir Qalib Azərbaycan xalqının iradəsinin Müzəffər Lider tərəfindən ifadəsidir. 
Sonda bir daha qeyd edək ki, Zəngəzur dəhlizi Azərbaycanın təkcə tarixi hüquqlarını bərpa etmək deyil, eyni zamanda bölgədə geosiyasi və iqtisadi balansı müsbət istiqamətdə dəyişdirmək ünvanında əsas vasitədir. Bu dəhlizin açılması təkcə Azərbaycan deyil, bütün region üçün yeni fürsətlər yaradacaq və  Zəngəzur dəhlizi mütləq açılacaqdır...
Bu gün Azərbaycan öz iqtisadi və siyasi inkişafı sayəsində bölgənin və hətta regionun söz sahibi dövlətinə çevrilmişdir. Artıq aparıcı dünya dövlətləri Azərbaycanla hesablaşırlar. İnanırıq ki, Ali Baş Komandanımız İlham Əliyevin ortaya qoyduğu qətiyyət nəticəsində yaxın zamanlarda ölkəmizin bu problemi də müsbət həllini tapacaq və Zəngəzur dəhlizinin açılması ilə blokada şəraitində yaşayan Naxçıvanla öz əzəli torpaqlarımızdan keçməklə əlaqə yaradacağıq.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatınn sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-01-2025