Mobil versiya
Gənclərimizlə qürur duyuruq
Tarix: 30-01-2025 | Saat: 18:53
Bölmə:Özəl | çapa göndər

Gənclərimizlə qürur duyuruq

2 fevral – Azərbaycan Gəncləri Günü kimi qeyd edirik.
Bu gün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası vermiş ilk forumun keçirildiyi gündür. Ölkəmizdə 1997-ci ildən etibarən qeyd edilən Gənclər Günü ənənəsi bir daha təsdiq edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin və insan kapitalının inkişafının əsas istiqamətlərindəndir.
Son dövrlər aparılan dövlət siyasətində gənclərin maraqlarının nəzərə alınması, onlar üçün ölkə daxilində və ölkə xaricində lazımi şəraitin yaradılması sürətlənir, ictimai-siyasi fəallığı artır.
Dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticəsi olaraq Azərbaycanda milli məfkurəyə sadiq və dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan bir nəsil yetişir. Savadlı, intellektli və müasir tələblərə cavab verə bilən bir nəsil yetişir.
Gənclərimiz bu gün həyatımızın bütün sahələrində yaxından iştirak edir, ölkəmizin iqtisadi gücünün, hərbi qüdrətinin artması və siyasi nüfuzunun yüksəlməsi, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara əsaslanan vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi işində qüvvə və bacarığını əsirgəmir, zəngin mədəni irsimizin qorunub saxlanması və təbliği yolunda mühüm addımlar atırlar.
Gənclərimiz idman sahəsində də böyük uğurlar əldə edirlər. Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 43 Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Gənclər üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-də Azərbaycanın qələbəsi ilə bitən Vətən müharibəsi olub. Azərbaycanın qəhrəman gəncləri rəşadətli Ordumuzun sıralarında vuruşaraq adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfərlə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub.
Gənclərimizin potensialının, fəallığının, məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Keçən ilin sonunda ölkəmizdə keçirilən COP29 tədbirində gənclərin aktiv iştirakı olduqca əhəmiyyətli idi. COP29-da minlərlə könüllülərimiz, aktiv gənclər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etdi. Bununla yanaşı,bir çox ölkələrdən gənc iştirakçılar bu prosesə qatıldılar. Azərbaycanlı gənclər bu prosesdə yalnız iştirakçı deyil, həm də aktiv rola malik idilər. Bundan sonrakı dövrdə COP ideyalarının daşınması, yaşamasında Azərbaycan gənclərinin aktiv rol oynacaqları şübəhsizdir.
Əminliklə deyə bilərik ki, ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir.
Biz gələcəyimizi əmanət etdiyimiz gənclərimizlə qürur duyuruq!

Aytac Abbasova
YAP Laçın rayon təşkilatının 51 saylı ƏPT sədri
Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbin direktoru



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-01-2025