Vətənpərvərlik amili
Tarix: 30-01-2025 | Saat: 16:48
Bölmə:Özəl | çapa göndər
Ulu öndər Heydər Əliyev, Azərbaycanın müstəqilliyinin bərpası və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atmış bir liderdir. Onun gənclərə olan qayğısı və dəstəyi xüsusilə önəmlidir. Heydər Əliyev gənclərin inkişafına böyük önəm verərək, onların gələcəkdə ölkənin inkişafında və dünya miqyasında söz sahibi olmalarında vacib rol oynayacağını nəzərə almışdır. Gənclərə verdiyi ən böyük töhfələrdən biri, gənclərin təhsili və peşə hazırlığına göstərdiyi diqqət olmuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1970-ci ildən etibarən hər il 800-900 nəfər azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali təhsil məktəblərində oxumağa göndərilirdi. Beləliklə, ötən əsrin 70-80-ci illərində 15 mindən çox azərbaycanlı keçmiş SSRİ-nin universitlərində təhsil almışdır. Bu da müstəqilliyini bərpa edən zaman Azərbaycana güclü milli kadr potensialına malik olmağa imkan verdi. Onun dövründə müxtəlif təhsil islahatları həyata keçirilmiş, gənclərin beynəlxalq təcrübə qazanması üçün bir çox imkanlar yaradılmışdır.
Ulu Öndər Heydər Əliyev gənclərin fiziki və mənəvi inkişafını ön planda tutaraq, idman və mədəniyyət sahələrində də onlara dəstək olmuşdur. Onun təşəbbüsü ilə gənclər üçün bir çox tədbirlər və festivallar təşkil edilmiş, idman yarışları və mədəniyyət mübadiləsi proqramları həyata keçirilmişdir. Gənclərə müstəqil Azərbaycanın qurulmasında və ölkənin gələcəyinin formalaşmasında fəal iştirak etmələri üçün böyük məsuliyyətlər də yüklemişdir. Onun rəhbərliyi altında gənclər cəmiyyətin inkişafında mühüm rol oynamış, onların milli və vətənpərvərlik hissləri gücləndirilmişdir.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xaricdə təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkəmizin dayanıqlı inkişafını təmin etmək məqsədilə insan kapitalının formalaşdırılması və ondan səmərəli istifadə prioritet istiqamətlərdən biri kimi daim diqqətdə saxlanılır. Dövlət başçısının fərman və sərəncamlarının tələbləri çərçivəsində "qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, gənclərin xaricdə təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaradır. Gənc nəslin milli dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi onun mənsub olduğu xalqın rifahı, eyni zamanda ölkənin inkişafına tövhələr verir.
Ölkəmizdə əhalinin 60 faizdən çoxunu gənclər təşkil edir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli gəlir. Bu uğurlu siyasətin bariz nümunəsi, dövlətin gənclərə, gənclərin isə dövlət başçısına olan inam və etimadı 2020-ci il İkinci Qarabağ savaşında özünü daha qabarıq büruzə verdi. Zəfəri əzəmətli edən milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin şücaəti hamını heyran etdi. Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"unun zəfərində 30 ilə yaxın erməni əsarəti altında olan Azərbaycan torpaqlarının işğaldan azad edilməsində vətənpərvər gənclər birliyinin şahidi olduq. Azərbaycan gəncləri 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün çəkən Vətən müharibəsindən zəfərlə çıxdılar.
Görünən odur ki, dövlət səviyyəsində göstərilən diqqət və qayğıya rəğmən ölkəmizin gəncləri savadlı, sağlam və vətənpərvər ruhda böyüyür, onlara göstərilən etimadı layiqincə doğruldurlar.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər