Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil
Tarix: 30-01-2025 | Saat: 17:40
Bölmə:Siyasət | çapa göndər
Son illər ərzində Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin infrastrukturunun inkişafında çox işlər görülür. İndiyədək böyük infrastruktur layihələri icra edilmişdi, lakin yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı günbəgün çoxalır. Bu da onunla bağlıdır ki, ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son illər ərzində respublikamızın əhalisinin sayı xeyli artaraq 10 milyona çatıb. Odur ki, əvvəl yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro və bu kimi nəqliyyat növləri sərnişinləri artıq qane etmir. Baxmayaraq ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb.
Cari ilin yanvar ayının 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edərək qeyd etmişdi ki, əgər bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətinə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər verilib və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb.
Kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilmişdir. İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il bu məqsədlər üçün vəsait ayırırıq.
Azərbaycanın coğrafi vəziyyətindən səmərəli şəkildə istifadə olunduğu və eyni zamanda beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə maraq, səylər göstərildiyi və praktiki işlər görüldüyü üçün beynəlxalq dəhlizlər Azərbaycanın ərazisindən keçir. Onu da qeyd edək ki, adətən bu statusa malik olan ölkələrin açıq dənizə çıxışı olmalıdır. Azərbaycanın isə dünya okeanlarına çıxışı yoxdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil.
Hazırda ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik.”
Azərbaycanın ən böyük və ən ümdə layihələrindən biri də Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdür və bu layihə mütləq həyata keçirilməlidir.
Lakin baxmayaraq ki, Azərbaycanın 44 gün ərzində Vətən müharibəsində çaldığı qələbədən sonra 10 noyabr tarixində Ermənistan tərəfi kapitulyasiya aktına imza atmışdı və Zəngəzur dəhlizinin açılmasına razılıq vermişdi, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir, müxtəlif bəhanələr gətirir, qeyri real layihələr təklif edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarını müxtəlif yollarla təmin edirik. İlk növbədə, İran İslam Respublikası ərazisindən yüklər və sərnişinlər gedir, digər imkanlarımız da var. Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir və yol da uzanır. Prinsip etibarilə Gürcüstan, Türkiyə ərazilərindən də bu bağlantı yaradıla bilər, amma ən rahat yol və imkan olduğu halda, əlbəttə ki, bu məsələ prioritet təşkil edir. Bununla belə, görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı “baypas” edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq.
İkinci körpü də inşa ediləcək, artıq Naxçıvan Muxtar Respublikasında. Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir. Beləliklə, Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq”.
Şəhla Ağbulud
Yazıçı-jurnalist, “Abşeron” qəzetinin baş redaktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər