Novruzəli Aslanov İsmayıllıda vətəndaşları qəbul edib -Fotolar
Tarix: 30-01-2025 | Saat: 13:28
Bölmə:Karusel / Gündəm / Özəl / Parlament | çapa göndər
Milli Məclisin deputatı Novruzəli Aslanov 30 yanvar tarixində İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib. Qeyd edək ki, millət vəkilinin hər həftə keçirdiyi belə görüşlər artıq ənənəvi hal alıb.
AİA.Az xəbər verir ki, yanvarın 30-da keçirilən görüş İsmayıllının Qalagah kəndində, Rayon İcra Hakimiyyətinin Qalagah kənd nümayəndəliyinin binasında baş tutub. Görüşdə kənd sakinlərindən 20 nəfərdən artıq seçicilər iştirak ediblər. Qazilərin və şəhid ailələrinin də iştirak etdikləri bu görüşdə vətəndaşlar tərəfindən daha çox şəxsi problemlərlə bağlı müraciətlər olunub. Novruz Aslan qəbul zamanı vətəndaşlar tərəfindən edilən şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq addımların atılacağını bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi qəbulda iştirak edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər